Paşinyana alma atan yaşlı şəxsin işi Apellyasiya Məhkəməsində: Qərarı kim verəcək?
Ermənistanın Baş naziri Nikol Paşinyana alma atdığı üçün ittiham olunan, lakin birinci instansiya məhkəməsində bəraət alan Qarabağ ermənisi Albert Arstamyanın işi üzrə Apellyasiya Məhkəməsində maraqlı proses gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
İşə hakimlər Vaçe Marqaryan, Narina Hovakimyan və Edqar Manasyandan ibarət heyət baxacaq. Prosesə rəhbərlik edən Marqaryan daha əvvəl sabiq prezident Robert Koçaryanın həbsi ilə bağlı qərarı ilə gündəmə gəlmişdi. Onun adı mübahisəli siyasi məhkəmə işləri ilə də assosiasiya olunur.
Buna qarşılıq, digər hakim Narina Hovakimyan daha müstəqil mövqeyi ilə tanınır. Bu isə Apellyasiya Məhkəməsinin yekun qərarının əvvəlki instansiyanın qərarını dəyişib-dəyişməyəcəyi ilə bağlı suallar yaradır.
Xatırladaq ki, Arstamyan 2024-cü ilin avqustunda İrəvanda binanın 9-cu mərtəbəsindən Paşinyana doğru alma atmaqda ittiham olunmuş, lakin özünü təqsirli bilməmişdi. Məhkəmə onun ittihamının sübuta yetirilmədiyi qənaətinə gələrək bəraət vermişdi. Baş Prokurorluq bu qərardan şikayət edib.
Rafi Müslümov