“Fransa erməni separatçılarına dəstək verir”.
Yenicag.az xəbər verir ki, bu barədə Fransanın “Muslim En France” nəşrinin baş redaktoru Jan-Mişel Brun Azərbaycan CBC-nin efirində bildirib. Jan-Mişel Brun azərbaycanlı şairə Natəvanın abidəsi ətrafında yaranmış vəziyyətlə bağlı danışıb. O, Evian-les-Bains və Paris ilə Bakı arasındakı gərginliyin səbəblərinə aydınlıq gətirib.
“Fransanın Evian-les-Bains şəhərinin meri Xose Anli bələdiyyə məclisində bildirib ki, Natəvanın abidəsi sökülməzdən əvvəl sellofanla örtülüb. Lakin müxalifətin vitse-meri cəmiyyətin bu cür deqradasiyası ilə razılaşmadığını bildirib. Nəzərə alsaq ki, bir fransız şəhəri qadın azadlığı uğrunda mübarizə aparan hərəkat bir yana, şairin heykəlini də dağıda bilməz.
Mer Azərbaycan səfirinə izah etdi ki, heykəlin erməni fəalları tərəfindən zədələnməsindən qorunması üçün örtülür və onun sökülməsindən söhbət gedə bilməz”, – Jan-Mişel Brun bildirib.
Onun sözlərinə görə, belə izahat çətin ki, inandırıcı olsun – bələdiyyə sədri abidənin yerləşdiyi meydanın adını dəyişib və guya bütün turist broşürlərindən “Azərbaycan” sözünü çıxarıb.
“Əslində, Evian-les-Bains erməni icması kiçikdir və bələdiyyəyə təzyiq göstərə bilməz. Lakin mer etiraf edib ki, o, antiazərbaycan partiyasının göstərişlərini özəl şəkildə yerinə yetirir.
Bu hadisə Fransa ilə Azərbaycan arasında hazırda mövcud olan güclü gərginliyi göstərdi.
Azərbaycan və Ermənistanın birlikdə sülh yolu tapmağa çalışdığı bir vaxtda Fransa hətta Paşinyan hökumətinin iradəsinə zidd olaraq erməni separatçılarını dəstəkləməyə davam edir”, – Fransa media nümayəndəsi bildirib.
Xuraman Etibarlı
www.yenicag.az