“Radikal qüvvələr nə Azərbaycan, nə də Türkiyə ilə barışığın tərəfdarı deyillər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verməsinin sülh prosesinə təsirindən danışan analitikin sözlərinə görə, hər iki tərəf üçün bu, humanist addım kimi qiymətləndirilməlidir.
“Paşinyan indiki halda sülhə nail olmaq üçün addımlar atır. Azərbaycana başsağlığı verməsində də siyasi məqsədin olduğu açıq görünür. Erməni cəmiyyətində isə bu məsələ çox kəskin tənqid olunur. İrqçi düşüncə hakim olduğu üçün Paşinyanın niyə belə etdiyi ilə bağlı suallar ünvanlayırlar”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az