Paşinyanın geri çağırdığı səfirin əmlakı AÇIQLANDI – SİYAHI

media-hightechnic-468x90

ABŞ-də Ermənistanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini son 4 ildə icra edən Lilit Makunts geri çağırılaraq, Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Makunts təqdim etdiyi 2024-cü il əmlak, gəlir və xərclər bəyannaməsinə əsasən, nə daşınmaz əmlak, nə də nəqliyyat vasitəsi bəyan edib. Sənədə görə, onun bank hesablarında 36 min ABŞ dolları (61.200 AZN) və 419 min 861 dram (1.864 AZN) olub.

Diplomatik fəaliyyəti dövründə isə Makunts Ermənistan Xarici İşlər Nazirliyindən əməkhaqqı kimi 2 milyon 616 min dram (11.620 AZN) alıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa