Paşinyanın mövqeyi DƏYİŞDİ: Əbu-Dabi görüşü Ermənistanın ritorikasını NECƏ YUMŞALTDI?

media-hightechnic-468x90

“Əbu-Dabi görüşündən sonra Ermənistan Baş nazirinin ritorikası dəyişib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-konul-nurullayeva_1648052053

Deputat Əbu-Dabi görüşündən sonra Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi və sülh müqaviləsi barədə bildirdiyi yumşaq fikirləri şərh edib.

K. Nurullayeva qeyd edib ki, Əbu-Dabi görüşündən sonra Ermənistan Baş nazirinin Zəngəzur dəhlizi və sülh müqaviləsi haqqında fikirləri dəyişib:

“Həqiqətən də Əbu-Dabi görüşündən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasında dəyişiklik var. Artıq Paşinyan deyir ki, “biz Azərbaycan vasitəsilə üçüncü ölkələrlə əlaqələrin qurulmasında maraqlıyıq” O, həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla doğru qərar verdiyini də etiraf edib. Bu, bir daha onu deməyə əsas verir ki, görüş uğurlu keçib. Ermənistan rəhbərliyi, nəhayət, rasional düşünərək, Bakı ilə birbaşa, vasitəçisiz dialoqun davam etdirilməsinin ən uyğun variant olduğunu anlayır. Təsadüfi deyil ki, rəsmi Bakı Əbu-Dabi danışıqlarını “nəticəyönümlü dialoq” kimi qiymətləndirdi. Prosesin ikitərəfli xarakter daşıması sübut edir ki, Azərbaycan-Ermənistan danışıqlar prosesində, ümumiyyətlə, 3-cü tərəfə ehtiyac yoxdur. Bakı ilə İrəvan arasındakı dialoqda kənar güclərin iştirakı sülhü əngəlləyir. Bu dialoqun təşəbbüskarı isə Azərbaycandır”.

Deputat rəsmi İrəvanın diqqətinə çatdırıb ki, sülh müqaviləsini Azərbaycanın şərtlərinə əsasən, razılaşmaq Ermənistanın müstəqil ölkə kimi qurtuluşu deməkdir:

“Eyni zamanda artıq Ermənistan rəhbərliyi anlayır ki, yekun sülhün imzalanması regionun, xüsusilə də Ermənistanın özünün xilası deməkdir. Əbu-Dabi görüşündən sonra kommunikasiyaların açılması ilə bağlı ümidlər də artıb. Belə ki, Paşinyanın bəyanatlarından bu qənaətə gəlmək olur ki, Ermənistan ərazisindən Azərbaycan vasitəsilə həm daxili, həm də beynəlxalq daşımaların mümkünlüyü rəsmi İrəvan tərəfindən dəstəklənir”.

Əbu-Dabi görüşündə Zəngəzur dəhlizinin də müzakirə edildiyini diqqətə çatdıran K. Nurullayeva dəhlizin açılmasının qarşısını alan maneələrin aşılmaqda olduğunu qeyd edib:

“Məlum olduğu kimi, Əbu-Dabidə müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizinin açılması idi. Görüşdən sonra verilən rəsmi açıqlamalar göstərir ki, tərəflər bu istiqamətdə maneələri aradan qaldırmaqda maraqlıdır. Bir sözlə, artıq Ermənistan Azərbaycanın sülh konsepsiyasını qəbul edir”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600