Paşinyanın partiyasında NÖVBƏTİ XAOS – Deputatlar bir-birilərinin ayaqlarının altını QAZIRLAR

media-hightechnic-468x90

 

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasında daxili çəkişmələr getdikcə güclənir.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, yaxınlaşan ümummilli seçkilər ərəfəsində partiya daxilində bir-birinə qarşı fəaliyyət göstərmək halları artıb. Partiyanın deputatlarından biri yerli mediaya açıqlamasında bildirib ki, artıq hər kəs bir-birinə qarşı dosyelər toplayır və birbaşa “şef”ə – yəni Baş nazir Nikol Paşinyana məruzə edir.

Deputatın sözlərinə görə, hakim partiya üzvləri bir-birlərini nüfuzdan və gözdən salmağa çalışaraq liderin etimadını qazanmaq və növbəti seçki siyahısında yer almaq üçün bir-biri ilə rəqabət aparırlar.

“Elə bir dövrdür ki, artıq heç kim öz kölgəsinə belə güvənmir. Mən də parlamentə balıq kimi səssiz-səmirsiz gəlir, eyni səssizliklə çıxıb gedirəm ki, birdən başıma bir oyun gətirməsinlər”, – deyə deputat zarafatla qeyd edib.

Lakin deputat etiraf edib ki, susmaq belə artıq xilas yolu deyil:

“Çünki hər şey yuxarıdan idarə olunur. Ən kiçik hadisə belə süni şəkildə şişirdilir və kim lazım gəlsə, gözdən salınaraq yerində oturdulur”.

KİV-in məlumatına görə son açıqlamalar hakim partiyada daxili gərginliyin və etimadsızlığın nə qədər dərin olduğunu göstərir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600