“Paşinyanın Rusiyaya gəlib-gəlməyəcəyi hələlik məlum deyil”

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Paşinyanın Rusiyaya gəlib-gəlməyəcəyi hələlik məlum deyil.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Paşinyanın Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin iclaslarına gəlib-gəlməyəcəyi hələ məlum deyil”, o qeyd edib.

Onun sözlərinə görə, hamı dəvətlidir.

Peskov əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə qədər Putinlə Paşinyan arasında telefon danışığı planlaşdırılmır.

Qeyd edək ki, Paşinyan bundan əvvəl KTMT-nin Minskdə noyabrın 23-də keçiriləcək iclasında iştirak etməyəcəyini açıqlamışdı./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05