!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pavel Klaçkov: "Türkiyənin ABŞ-la Suriya sazişi, Rusiya ilə münasibətlərə təsir etməyəcək"

!Reklam – Yazi

Ankara və Vaşinqton arasında əldə olunan razılaşmaya əsasən, PKK/YPG terror qruplaşmaları Mənbiçi yaxın zamanda tərk etməlidirlər. Buna paralel olaraq Türkiyə təhlükəsizlik qüvvələri İraqın şimalında antiterror əməliyyatlarını intensiv şəkildə davam etdirir. Qısa zaman ərzində xüsusi təyinatlılar Kandil dağını və ətraf əraziləri terrorçulardan tamamilə təmizləyəcək.

Bu proseslərin regiondakı geosiyasi vəziyyətə və Ərdoğanın iyunun 24-də keçiriləcək seçkilərdəki reytinqinə necə təsir edəcəyi barədə rusiyalı ekspert Pavel Klaçkov Yenicag.ru-ya danışıb.

Ekspertin sözlərinə görə, Ankara və Vaşinqtonun razılaşması regionda stabilliyin güclənməsi, hərbi-siyasi vəziyyətin nizama salınması deməkdir: “Əbəs yerə deyil ki, NATO-nun baş katibi Stoltenberq Türkiyə və ABŞ-ı bu razılaşmayla bağlı təbrik edib. Şübhəsiz ki, bu yeni dövlət katibi Pompeonun beynəlxalq diplomatiyadakı uğurudur. Aydındır ki, belə razılaşmalar asanlıqla əldə olunmur. Bu, Türkiyənin geosiyasətdə zirəkliyinin nümayişidir.

Ərdoğan liderdir, buna dair şübhə ola bilməz. Lakin bəzi analitiklər hesab edirlər ki, ikinci mərhələ də keçiriləcək. Bunu istisna etmək olmaz, çünki iqtisadi amillərlə bağlı müəyyən risk var. Əsas odur ki, iqtisadiyyatda mənfi tendensiyalar davam etməsin, seçkilərin vaxtına qədər milli valyutanın kursu bir qədər də ucuzlaşmasın”.

Ərdoğanın seçkilərdə qalib gəlmək şansını da dəyərləndirən ekspert qeyd edib ki, Mənbiç üzrə saziş və İraqın şimalında aparılan əməliyyat Ərdoğanın reytinqinə müsbət təsir göstərir:

“Əhalinin əsasən Qərbə istiqamətləndiyi bölgələrdəki seçicilər arasında Ərdoğanın reytinqi yüksəlir. Lakin unutmamalıyıq ki, iqtisadi faktor bu sazişdən daha güclüdür. İndi başlıca hədəf inflyasiyanı dayandırmaqdır”.

Klaçkov Rusiyanın Türkiyə və ABŞ arasında Mənbiç üzrə əldə etdiyi razılaşmaya müəyyən qədər ehtiyatla yanaşdığını vurğulayıb:

“Düşünürəm ki, Rusiya bu sazişə ehtiyatla yanaşır. Odur ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya üzrə atılan addımların Türkiyə-Rusiya əməkdaşlığına alternativ təşkil etmədiyini qeyd edir. Eyni zamanda, Ankara və Moskva arasındakı bütün razılaşmalara riayət olunacağını bildirir. Təbii ki, Yaxın Şərq ətrafında mövcud geosiyasi vəziyyəti nəzərə alan Rusiya bu məsələdə sayıqlığını itirmir”.

COP29

www.yenicag.az

1432
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv