Payız xəstəlikləri QAPIDA – Nələrə diqqət YETİRMƏLİYİK?

media-hightechnic-468x90

“Bütün dünyada qəbul edilmiş ümumi bir praktika var. Bu praktika ondan ibarətdir ki, uşaqlarda da, böyüklərdə də immun sistemi saz vəziyyətdə qalmalıdır. Bunun üçün vitaminli qidalar, meyvə və tərəvəz daha çox qəbul edilməli, fiziki aktivlik artırılmalı, açıq havada gəzmək immun sistemini hazır və sağlam vəziyyətdə saxlamağın əsas yollarından biridir”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib.

O, payızda mövsümi xəstəliklərindən qorunmağın yollarını izah edib.

Mütəxəssisin sözlərinə görə, nəzərə almaq lazımdır ki, hazırda xeyli insan xroniki şəkildə xəstələnir:

“Burun axması, müxtəlif xəstəliklər və dalbadal təkrarlanan hallar buna nümunədir. Bütün bunların hamısı immun sistemlə bağlı məsələlərdir. Buna görə uşaqlara birinci növbədə başa salmaq lazımdır ki, xəstə uşaq dərsə getməsin və başqalarını da yoluxdurmasın. Ən böyük problem də məhz bundan ibarətdir. Uşaqlar xəstə halda dərsə gedirlər və başqalarını da xəstələndirirlər. Yaxşı olar ki, onlar ev şəraitində qalsınlar və yalnız sağalandan sonra məktəbə getsinlər”.

“Digər tərəfdən də imkan daxilində, əgər 14 yaşdan yuxarı uşaqlar üçün qrip virusuna qarşı vaksin vurulması, ondan aşağı yaşlı uşaqlar üçün isə milli peyvənd təqviminə uyğun olaraq bütün peyvəndlərin vaxtında edilməsi şərtdir. Bunlara əməl olunarsa, mən hesab edirəm ki, uşaqlar arasında xəstələnmə halları xeyli aşağı düşər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa