Paytaxtda əks istiqamətdə maşın sürən tələbə saxlanıldı

media-hightechnic-468x90

Bakıda yolun əks istiqamətində maşın sürən 20 yaşlı tələbə saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, tələbə avtomobillə yolun əks istiqamətinə doğru hərəkət edib:

“Şəxs təəssüf ki belə saxlanılaraq məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, hadisə bu gün Heydər Əliyev Mərkəzinin qabağında baş verib.

Belə ki, yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600