BYD alıcıları rəsmən aldadıldı? – “2026-cı il modelidir” deyib satdığı avtomobillər köhnə çıxdı

media-hightechnic-468x90

Çinin avtomobil nəhəngi BYD, Avstraliyada 1265 müştəriyə “2026-cı il modeli” kimi satdığı nəqliyyat vasitələrinin əslində 2025-ci ilə aid olduğunu etiraf edib.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi yaranmış qarışıqlığın idarəetmə səhvindən qaynaqlandığını bildirib. Avtomobillərin texniki göstəricilərində və zəmanət şərtlərində heç bir fərqin olmadığını vurğulayan BYD, ilkin mərhələdə zərərçəkmiş hər bir müştəriyə 1100 dollar təzminat təklif edib.

Lakin cəmiyyətdə və mediada artan kəskin etirazlardan sonra şirkət geri addım atmalı olub. Yeni qərara əsasən, avtomobili qaytarmaq istəyən müştərilərə ödədikləri məbləğ tamamilə geri qaytarılacaq.

Məlumata görə, əgər alıcıların hamısı pulun tam geri ödənilməsi variantını seçərsə, bu səhv Çin brendinə təxminən 50 milyon dollara başa gələcək. Şirkət rəsmiləri analoji halların bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görüldüyünü bəyan ediblər.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05