Paytaxtda oğurluq: İçdiyi viskilər başına bəla oldu

media-hightechnic-468x90

Bakıda məşhur marketlərdən özünə içmək üçün bahalı viskilər oğurlayan şəxsə hökm oxunub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vidadi Qurbanov (ad-soyad şərtidir) iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, V.Qurbanov ayrı-ayrı marketlərdən əvvəlcə yalnız “Hennessy VSOP” markalı konyaklar oğurlayıb ki, bunun da birinin qiyməti 158 manat olub.

Təqsirləndirilən şəxsin viski zövqü də eyni olub. Belə ki, o, fərqli-fərqli marketlərdən ancaq qiyməti 375 manat olan “X18 Oak 15 Yo” viskiləri oğurlayıb.

O, oğurladığı spirtli içkiləri gün ərzində hiss-hissə içdiyini deyib.

Qeyd edək ki, V.Qurbanov əvvəllər də məhkumluq həyatı yaşayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600