Paytaxtda qanlı atışma – Yaralılar var

media-hightechnic-468x90

afganistan-da-kaymakama-silahli-hucumMoskvanın qərbində yerləşən kafelərin birində baş vermiş münaqişə nəticəsində azı 3 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. Məlumata görə, atışma Sovet keçəsindəki Rublyovo qəsəbəsində baş verib.

İnsident “İmperiya” kafesində baş verib. Atəş travmatik silahdan açılıb. İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

“Bir nəfər belindən digəri – sinəsindən yaralanıb, üçüncü şəxsə isə silahın tutacağı ilə başından xəsarət yetirilib. Münaqişənin səbəbi hələlik məlum deyil”, deyə mənbə bildirib.

Hadisə yerinə həkimlər və əməliyyat qrupu cəlb edilib. Yaralılar xəstəxanaya aparılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600