Paytaxtdakı məşhur məktəb köçürülür

media-hightechnic-468x90

ooooooopBakının ən məhşur orta məktəblərindən biri olan 20 saylı məktəb ləğv edilir. Bu barədə  valideynlər bildirib.

Valideynlərin sözlərinə görə, artıq məktəbdən uşaqlarının sənədlərinin götürməsini təklif ediblər. Onlara eyni zamanda bildirlib ki, 20 saylı məktən “Gənclik” mertosu yaxınlığınadkı ehtiyat məktəbə köçürüləcək və əgər valideynlər istəyirsə uşaqları təhsillərini orada davam etdirə bilərlər.

20 saylı məktəbin taleyinə gəldikdə isə burada bir sıra müəmmalar qalmaqdadır. Belə ki, Təhsil Nazirliyi nə məktəbin ləğv edilməsi,nə də köçürülməsi ilə bağlı qərar verib. Məktəb rəhbərliyi də gələcək talelərinin necə olacaqlarını bilmirlər. Onlara deyiblər ki, ya məktəb binası sökülüb yerində yenisi tikiləcək, ya da başqa bir ərazidə yeni bina tikiləcək və uşaqlar təhsilini gələcəkdə orada davam etdirəcəklər.

Adının çəkilməsini istəməyən məktəb müəllimi isə bildirdi ki, 20 saylı məktəbin ərazisi FHN veriləcək və bu ərazidə onun üçün yeni binalar tikiləcək. Bütün hallarda 20 saylı məktəbin gələcək taleyi ilə bağlı məsələlər qeyri-müəyyən olaraq qalmaqda davam edir.

Yaranmış vəziyyət isə həm valideynlərdə, həm də məktəb kollektivində ciddi narahatçılıq yaradıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600