Pelenin vəziyyəti yaxşılaşır

media-hightechnic-468x90

77832Əfsanəvi futbolçu Pelenin səhhəti düzəlir, bazar günü ona tətbiq olunan hemodializ kursu dayandırılacaq.

Keçmiş brazailiyalı futbolçu, daha çox Pele kimi tanınan Edson Arantis du Nasimentin sağlamlıq vəziyyəti yaxşılaşır. Həkimlər onun böyrəklərinin vəziyyətini yoxlamaq üçün bazar günü ona tətbiq olunan hemodializ kursunu dayandırmağı planlaşdırırlar.

Futbolçunun oğlu Edino jurnalistlərə Pelenin sürətlə düzəldiyini və atasının tezliklə xəstəxanadan çıxacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, 74 yaşlı Pelə 24 noyabr tarixində “sidik kanalı yolunun infeksiyası” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər antibiotiklərlə müalicəni davam etdirirlər. Onda müsbətə doğru irəliləyiş müşahidə olunur. Buna baxmayaraq o, intensiv müalicə şöbəsindədir.

Daha əvvəl isə bildirilirdi ki, Pele 13 noyabr tarixində böyrəklərindən əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdiriliib, lakin iki saat sonar evə buraxılıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600