Pelosinin evinə basqın edən şəxs məhkəmə qarşısına çıxacaq

media-hightechnic-468x90

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edən və onun həyat yoldaşı Pol Pelosiyə çəkiclə hücum edən Devid Depepi noyabrın 1-də məhkəmə qarşısına çıxacaq.

Yenicag.az xəbər verir ki, bu barədə San-Fransisko dairəsinin prokuroru Bruk Cenkins tviter səhifəsində məlumat verib.

“Bazar ertəsi bir neçə maddə üzrə cinayət işi açacağıq və Devid Depepinin çərşənbə axşamı məhkəməyə gəlməsini gözləyirik”, – o bildirib.

Xatırladaq ki, ötən gün N.Pelosinin evinə basqın edən D.Depepi onun həyat yoldaşı P.Pelosini yaralayıb. Hadisə vaxtı ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri evdə olmayıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa