“Pəncə-Şimşək” əməliyyatı ərazisində 1 türk hərbçisi şəhid oldu

İraqın şimalında “Pəncə-Şimşək” əməliyyatı ərazisində 1 türk hərbçisi şəhid olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

“PKK terrorçularının İraqın şimalında yerləşən hərbi bazamazı hava hücumu nəticəsində 1 hərbçimiz yaralanıb. Yaralı hərbçi xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda qeyd edilib.