Pəncərə silərkən həyatından oldu

media-hightechnic-468x90

pencere_temizlemek_00Şamaxı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Şəhər sakini, 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərə şüşələrini silib təmizləyərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan Şəhla Abdurrəhmanova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa