Pentaqon ABŞ qoşunlarının Polşaya yerləşdirilməsi planını ləğv etdi

media-hightechnic-468x90

İki ABŞ rəsmisinin bildirdiyinə görə, Pentaqon 4 000 hərbçinin Polşaya göndərilməsi planlarını ləğv edib. Bu gözlənilməz qərar Prezident Donald Trampın Avropada planlaşdırdığı qoşun ixtisarları ilə bağlı sualları yenidən gündəmə gətirir.

Yenicag.az “Reuters”a istinadən xəbər verir ki, iki həftə əvvəl Pentaqon NATO müttəfiqi olan Almaniyadan 5 000 hərbçisini geri çəkəcəyini bəyan etmişdi, buna qismən Tramp ilə Avropa arasında İran müharibəsi fonunda dərinləşən fikir ayrılığı səbəb olmuşdu.

Quru Qoşunlarının qərargah rəisi müavini vəzifəsini icra edən general Kristofer LaNiv cümə günü Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi qarşısındakı hesabatı zamanı bu qərarı təsdiqləyib. Lakin o, “həmin briqadanın hərbi əməliyyat teatrında yerləşdirilməməsinin ən ağlabatan addım olduğunu” deməkdən başqa, qərarı izah etmək üçün, demək olar, heç bir şey söyləməyib.

“Reuters” agentliyinə anonimlik şərti ilə danışan bir ABŞ rəsmisi Polşa ilə bağlı qərarın hazırda 35 min ABŞ hərbçisinə ev sahibliyi edən Almaniyadakı qoşunların əvvəllər elan edilmiş ixtisarına şərait yaratmaq üçün qısamüddətli bir həll yolunun tərkib hissəsi olduğunu ehtimal edib. Bu isə o deməkdir ki, Polşaya rotasiya qaydasında göndərilməli olan qoşunlar əvəzində başqa yerdən gələ bilər.

Polşanın Baş naziri Donald Tusk ABŞ qoşunlarının mövcudluğu ilə bağlı qəbul edilən hər hansı bir qərarın Polşanın təhlükəsizliyinə təsir göstərməyəcəyinə dair təminat aldığını bildirib.

O, cümə günü keçirilən mətbuat konfransında: “Mənə təminat verilib və bu mənim üçün də vacibdir ki, bu qərarlar logistik xarakter daşıyır, çkindirmə imkanlarına və bizim təhlükəsizliyimizə birbaşa təsir göstərməyəcək”, – deyə vurğulayıb.

ABŞ Avropadakı qoşunlarının mövcudluğunu yenidən nəzərdən keçirir və Trampın NATO-nun Avropanın müdafiəsində daha böyük rol oynaması tələblərindən sonra bu mövcudluğun azaldılacağı çoxdandır gözlənilirdi. Pentaqon qitə boyu qoşunların gələcək yerləşmə sxemini necə təsəvvür etdiyini hələlik ətraflı açıqlamayıb.

Qanunvericilərin Polşa qərarı ilə bağlı qəzəb və çaşqınlıq ifadə etmələrinə baxmayaraq, Pentaqon bunun “hərtərəfli, çoxşaxəli bir prosesin” ardınca baş verdiyini bəyan edib.

Pentaqonun rəsmi nümayəndəsi Coel Valdez: “Bu, gözlənilməz, son anda verilmiş bir qərar deyildi və bunu bu cür təqdim etmək yanlış olardı”, – deyib.

Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, demokrat senator Cinn Şahin jurnalistlərə verdiyi açıqlamada Polşa qərarının gözlənilməz göründüyünü qeyd edib.

O, jurnalistlərə: “Bildiyim qədərilə, bizə bu barədə əvvəlcədən məlumat verilməmişdi”, – deyib.

Qoşunların çıxarılması barədə son qərarlar həm də Vaşinqtonun Avropa ölkələrinə müdafiə xərclərini artırmaq üçün təzyiqləri gücləndirdiyi və ABŞ qüvvələrinə arxalanmağın onların öz ordularına laqeyd yanaşmasına şərait yaratması barədə ittihamların artdığı bir vaxta təsadüf edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05