Pərvanə Vəliyeva liderlər akademiyasında iştirak edəcək - FOTO

media-hightechnic-468x90

Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva 24-29 avqust tarixlərində Almaniyanın Bonn şəhərində, BMT-in Parlament üzvləri üçün Qlobal Dəyişim Liderləri Akademiyasında (Global Changemakers Academy for Parliamentarians- GCAP) iştirak edəcək. 

Yenicag.az xəbər verir ki, Akademiyada iştirak üçün 40-dan çox ölkədən, 130-dan çox müraciət daxil olsa da, sonda müsabiqə əsasında, 30 parlamentari seçilmişdir.

Bonn şəhərində yerləşən UNFCCC iqamətgahında keçiriləcək proqram G20-in Qlobal Torpaq Təşəbbüsü tərəfindən, BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyası (UNCCD) və BMT Sisteminin Heyət Kolleci (United Nations System Staff College) ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Məlumat üçün qeyd edək ki, GCAP parlamentarilərdən ibarət qlobal şəbəkədir, 10-u Avropa, 11-i Asiya, 29-u Afrika və 3-ü Karib regionundan olmaqla, hazırda 53 üzvü var. Azərbaycan şəbəkədə ilk dəfə olaraq təmsil olunacaq (Mərkəzi Asiya və Cənubi Qafqaz regionundan digər ölkələr seçilməmişdir).

Ətraf mühit, iqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, səhralaşma ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə ən yaxşı təcrübələrin, yenilikçi siyasətlərin təşviqi üzrə müzakirələr aparılacaq.

Bu kimi platformalarda təmsil olunmaq, iqlim dəyişmələri üzrə mübarizədə parlament diplomatiyasının rolunun gücləndirilməsinə töhfə verir. Həmçinin, COP29 zamanı ölkəmiz tərəfindən əldə olunan uğurların tanıdılması baxımından da əhəmiyyətlidir.

145691114569121456913

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa