!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pərvin və Səmranın gecə klubunda görüntüləri yayıldı - ŞOK VİDEO

!Reklam – Yazi

Məşhur aktrisa Pərvin Abıyeva ilə “Miss Azerbaijan-2018” gözəllik yarışmasının qalibi Səmra Hüseynovanın birlikdə İstanbulda gecə klublarının birində əyləncə görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, rəfiqələr yeni il ərəfəsində İstanbul şəhərinə gediblər. Pərvin gecə klublarının birində Səmra ilə əylənərkən bunu telefonla çəkib və bir milyonluq “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb.

İkili qucaqlaşaraq məkanda səslənən Tarkanın “Dudu-dudu” hitini birlikdə ifa ediblər. Kamerada qaranlıq düşdüklərini görən Səmra telefonun ekranı ilə üzlərini işıqlandırmağa çalışıb və bərk-bərk Pərvinin boğazından qucaqlayıb.

Qeyd edək ki, bir müddət öncə Səmra ilə Pərvin İstanbuldan Bakıya gələndə təyyarədə içki içərkən və hava limanında əllərində ağ çaxır ilə əylənərkən görüntüləri yayılmışdı. Həmin videolar sosial mediada neqativ yöndə müzakirə olunduğundan ikili “İnstagram” hesabında paylaşımlarını silmək məcburiyyətində qalmışdılar.

www.yenicag.az

1629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv