!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlandı

!Reklam – Yazi

Bu gün 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələrinin elan edilməsi başa çatıb.

Bu barədə Yenicag.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Nəticələr barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib.

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Təhsil haqqında diplom;

Şəxsiyyət vəsiqəsi;

Sağlamlıq haqqında arayış;

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan Muxtar Respublikası və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 388 nəfər müsahibədə iştirak edib və 245 şəxs uğurlu nəticə göstərərək sənədlərini təqdim etmək üçün dəvət alıb. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur.

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv