Peşəkar aktyorların qonorar SIXINTISI: “Rejissor hansısa televiziyanın qapısını döyüb desə ki...” - VİDEO

media-hightechnic-468x90

“Televiziya tamaşalarının bərpa edilməsi məsləsini dəfələrlə qaldırsaq da, bir nəticə hasil olmadı”.

Bu sözləri tanınmış rejissor və aktyor, Əməkdar artist Sərvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, vaxtilə çəkilən televiziya tamaşalarının yenidən bərpa olunması təklifini irəli sürüb.

Aktyor bu barədə dəfələrlə məsələ qaldırdığını, lakin məqsədinə nail ola bilmədiyini təəssüf hissi ilə bildirib:

“Rejissor hansısa televiziyanın qapısını döyüb desə ki, mən bir televiziya tamaşası hazırlamaq istəyirəm, əlini atıb başını tutacaq ki, sponsor tap, maliyyəm yoxdur.

Aktyorların qonorar alması üçün mütləq maliyyə resursları olmalıdır. Elə seriallara da maliyə dəstəyi olmadığı üçün vəziyyət bu gündədir. Peşəkar aktyorlar çəkilmədiyi üçün nəticədə qeyri-peşəkarlar çəkilir”.

Ətraflı videonu təqdim edirik:

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600