Prezidentin Pezeşkian ilə məhdud tərkibdə görüşü başladı - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb.
Yenicag.az xəbər evrir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.
Yenicag.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
İran və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Prezidentlər rəsmi foto çəkdiriblər.
***
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Yenicag.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
***
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Qeyd edilib ki, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açır.