Rusiyanın Ukraynadan sonrakı PLANI İFŞA EDİLDİ – Kreml bu ölkəni HƏDƏFƏ ALDI
Avropanın bir hissəsi Ukraynada müharibənin sona çatdırılması üçün aparılan səylərlə paralel olaraq, Rusiyanın digər sərhəd bölgələrində hərbi aktivliyini artırmasından getdikcə daha çox narahatdır.
Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu xüsusilə Finlandiya ilə sərhəddəki Petrozavodsk şəhəri ətrafında hərbi bazaları genişləndirir və burada hərbi mühəndislər yeni ordu qərargahı inşa edirlər ki, bu da yaxın gələcəkdə on minlərlə hərbçini idarə etmək məqsədini güdür.
Qərb hərbi kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, bu hərbçilərin əksəriyyəti hazırda Ukraynada cəbhədə xidmət edirlər və Rusiya Silahlı Qüvvələrinin NATO-ya qarşı qarşıdurmaya hazırlaşan əsas qüvvəsi olacaq. Kremlin ordunu genişləndirmək, silah istehsalını artırmaq və sərhəd bölgələrində dəmir yolu xətlərini modernləşdirmək planları var.
Avropa hərbi rəsmilərinin bildirdiyinə görə, Rusiya hərbi xərclərini artırmaqla silah istehsalçılarını maksimum gücdə işləməyə məcbur edib ki, bu da hərbi-sənaye kompleksinin yeni istehsal xətləri açmasına və zavodlar qurmasına səbəb olub. Qərb kəşfiyyatı 2021-ci ildə Rusiyanın Ukraynaya hücum etməzdən əvvəl ildə təxminən 40 əsas döyüş tankı istehsal etdiyini, indi isə hər il 300 tank istehsal etdiyini açıqlayıb. Finlandiyanın müdafiə sahəsində yüksək vəzifəli bir nümayəndəsi bildirib ki, bu tankların çoxu Ukraynaya göndərilmir və Rusiyada saxlanılır. Bir Avropa kəşfiyyatçısı qeyd edib ki, Rusiya NATO-nun birliyini sınamaq üçün Estoniya kimi kiçik bir NATO ölkəsinə hücum etməyə cəhd edə bilər
Rafi Müslümov