Reanimasiyadan çıxan Əli Mirəliyev xalq artistlərinə SÖZ ATDI
“Xalqımın sevgisi, duaları məni qorudu”.
Bunu Yenicag.az-a açıqlamasında reanimasiyadan palataya köçürülən müğənni Əli Mirəliyev deyib.
İtinin hücumu nəticəsində yıxılan və omba sümüyünü sındıran sənətçi səhhətinin yaxşı olduğunu bildirib:
“Əməliyyat olundum, bud, omba sümüyümə protez qoyulub, xəstəxanadayam. Hələ məni buraxmırlar, deyirlər ki, tam özünə gəl, sonra evə buraxarıq. Mən bu xalqın oğluyam, sənətkarıyam, yalnız ailəmə məxsus deyiləm. Bir dəfə həyat yoldaşım anama məndən şikayət etdi ki, Əli evə gec gəlir. Anam ona dedi ki. pulunu gətirir, evində yeməyini yeyir? Dedi, bəli. Anam ona dedi ki, daha nə istəyirsən? Əli bu xalqın sənətkarıdır, xalqa məxsusdur, tək ailəsinə yox. Mənə görə xalqım nə qədər narahat olur, onların sevgisi, duaları məni həmişə qoruyur. Xalq artistləri var ki, xalqın sevgisini qazana bilmirlər, həsrət qalıblar o sevgiyə. Amma mən xalq artisti deyiləm, xalqımın artistiyəm, sənətkarıyam. Məni yaşadan da bu xalqın sevgisidir”.
Cəvahir