Ərdoğan: "Türkiyədə 4 milyon 33 min miqrant var"

media-hightechnic-468x90

Türkiyədə 4 milyon 33 min miqrant var.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Miqrasiya İdarəetmə Proqramının təqdimatındakı çıxışı zamanı deyib.

O, miqrantların 2 milyon 768 mininin müvəqqəti qoruma statusunda olduğunu bildirib: “Eləcə də 1 milyon 90 min miqrant yaşayış icazəsi ilə, 176 mini isə beynəlxalq mühafizə altında olan suriyalı qardaş və bacılardır”.

Ərdoğan Türkiyənin miqrasiya məsələsi ilə bağlı həssaslığını ifadə edib: “Miqrasiya məsələsi bütün dünyanın gündəmindədir. Çətinliklər üzündən milyonlarla insan öz vətənlərini tərk etmək məcburiyyətində qalır”.

Türkiyə Prezidenti dünya üzrə son 10 ilin statistikasına diqqət çəkib: “Dünya üzrə 281 milyondan çox insan miqrasiya edib. Son 10 ildə 72 mindən çox insan başqa ölkələrə miqrasiya edərkən yollarda həyatını itirib. Nə qədər ki müharibələr bitməyib, miqrantların da sayı artmaqdadır”./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600