Davam edən İsrail-İran GƏRGİNLİYİ – Nüvə obyektləri VURULACAQ?

media-hightechnic-468x90

“İsrail, nəticədən asılı olmayaraq İranı provokasiyaya təhrik edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, İsrailin Baş naziri Benjamin Netanyahunun “İsrail İranın nüvə reaktorlarını və zənginləşdirmə obyektlərini məhv edəcək” bəyanatındakı mesajları şərh edib.

Analitik bildirib ki, Baş nazir əvvəllər də buna dair müxtəlif fikirlər səsləndirib:

“İsrailin belə bəyanatları olduqca ciddi və riskli açıqlamalardır. Ümumiyyətlə, İsrailin əsas narahatlığı İranın nüvə silahını əldə etməsidir. Ona görə də atdığı hər addımda bunun qarşısını almağa çalışır. Nəticə olaraq məsələni kökdən həll etmək üçün İranın nüvə obyektlərini vurmağı planlaşdırır”.

“Əslində, bunu ABŞ etmək istəyirdi, lakin başladılan nüvə danışıqları maneə rolunu oynadı. Həmin danışıqların nəticəsi isə hələlik bəlli deyil. Görünür ki, İsrail nəticədən asılı olmayaraq İranı provokasiyaya təhrik edir. Hətta ötən həftə Bəndər-Abbas limanında baş verən partlayışın da pərdəarxasında İsrailin olması ehtimalı yüksəkdir. Bir sözlə, sözügedən proseslər fonunda Netanyahunun belə açıqlama verməsi heç də təsadüfi deyil”, – deyə o fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600