“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti
ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”-una əsasən Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə başladılmış aksiyası çərçivəsində 25 Aprel tarixində Müşfiqabad qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Tədbirin məqsədi ekoloji tarazlığın qorunmasına, yaşıllıq sahələrinin artıtılmasına və gələcək nəsillərə daha sağlam bir mühitin ötürülməsinə dəstək vermək idi.
Aksiyada Ziraat Bank Azərbaycanın rəhbər heyəti və əməkdaşları da fəal iştirak
ediblər. Bank nümayəndələri müəyyən olunmuş ərazidə əsasən eldar şamı və
zeytun ağacları əkərək tədbirə öz töhfələrini veriblər. Əkilən ağaclar bölgənin ekosisteminin bərpasında və hava keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol
oynayacaq.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü şərəfinə başladılan
aksiya 10 il ərzində 1 milyon ağac əkilməsini hədəfləyir.
Ətraf mühitin qorunmasına daim töhfə verən Ziraat Bank Azərbaycan, bu istiqamətdəki fəaliyyətlərini gələcəkdə də ardıcıl şəkildə davam etdirəcəyini bildirib.
Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-
platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.