Pezeşkian: İran konstruktiv dialoqa sadiqdir

media-hightechnic-468x90

İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur.

Yenicag.az APA-nın İran bürosuna istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.

O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: “Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək”.

İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05