Pezeşkian özünə yeni müavin təyin etdi
İran Prezidenti Məsud Pezeşkian Möhsün İsmailini strateji və parlament məsələləri üzrə vitse-prezident təyin edib.
Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, prezidentin parlament işləri üzrə müşaviri Şəhram Dabirini, strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifi əvəzləyib.
1965-ci ildə Tehranda anadan olan Möhsün İsmaili hüquqşünas, professor və Tehran Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin professorudur.
Bundan əvvəl müxtəlif yüksək vəzifələrdə çalışan və İran parlamentinin üzvü olan yeni müavin, Dəbiri və Zərifdən fərqli olaraq, mühafizəkar siyasi cərəyana yaxın şəxs sayılır.