Pezeşkiandan münaqişələrin həlli üçün təklif

media-hightechnic-468x90

İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülh və təhlükəsizliyə təhlükə yaradan böhranların həlli üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirləri komitəsinin yaradılmasını təklif edib. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İran lideri bunu Tiencin şəhərində keçirilən ŞƏT sammitində çıxış zamanı deyib.

“Sülhməramlılıq sahəsində ŞƏT üzvlərinin xarici işlər nazirlərindən ibarət komitə yaratmaq lazımdır ki, onun iştirakçıları regionda (Yaxın Şərqdə, -red.) sülh və təhlükəsizliyə təhlükə yaradan müxtəlif böhranlar barədə fikir mübadiləsi aparacaq, böhranın idarə olunması və onun öyrənilməsi mexanizmləri ilə bağlı səmərəli təkliflər irəli sürəcək”,- o, bildirib.

M. Pezeşkian əlavə edib ki, komitəyə onlardan birinin tələbi ilə dərhal iştirakçıların iclasını çağırmaq hüququ verilməlidir. Eyni zamanda, yeni struktur ŞƏT-in “intellektual və operativ rıçaq”ı kimi çıxış etməli, həmçinin suverenliyi pozulmuş üzv ölkəyə müxtəlif yollarla kömək etməyə çalışmalıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa