Pezeşkianın sərt RİTORİKASI: İran BMT tribunasında İsrailə MEYDAN OXUDU

media-hightechnic-468x90

“ABŞ-nin birbaşa İran ərazisinə müdaxiləsi isə onun superdövlət mövqeyini qorumaq niyyətindən qaynaqlanır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

media-495338411_24288626034062569_3180146538858911953_n

O, İran Prezidenti Məsud Pezeşkianın ABŞ-də BMT çərçivəsində təşkil edilən tədbirdə İsrailə qarşı sərt mövqeyini ifadə etməsinin mümkün nəticələrindən danışıb.

Politoloq bildirib ki, BMT Baş Assambleyasının 80-ci sessiyası maraqlı çıxışlar və diskussiyalarla yadda qaldı.

“Pezeşkianın İsrail və ABŞ yanaşmasına qarşı sərt tənqidləri xüsusi diqqət çəkdi. 12 günlük davam edən müharibə Yaxın Şərqdə yeni vəziyyət formalaşdırıb. İranın həm hərbi rəhbərliyinin, həm də dini və nüvə alimlərinin İsrailin hücumları nəticəsində həlak olması, İsrailin bölgədəki gücünü nümayiş etdirir”.

Onun sözlərinə görə, ABŞ-nin birbaşa İran ərazisinə müdaxiləsi isə onun superdövlət mövqeyini qorumaq niyyətindən qaynaqlanır:

“Bununla yanaşı, İsrailin arxasında onun müttəfiqlik dəstəyi olan ABŞ dayanır. Hətta Vaşinqton bu müttəfiqlik üçün B-2 bombardmançılarını da İranın bombalanması üçün göndərməyə hazır olduğunu göstərdi. Dünyanın böyük əksəriyyətinin baş verən proseslər fonunda mövqeyi, xüsusilə də İsrailin Qəzzada quru hərbi əməliyyatlar həyata keçirməsi kontekstində, Fələstinin tanınması məsələsini gündəmə gətirir. İran da bu prosesi müsbət qarşılayır və ümumi geosiyasi vəziyyət fonunda həm öz milli maraqları, həm də Fələstin xalqının azadlıq mübarizəsi istiqamətində siyasətini formalaşdırır. Belə bir münasibət gələcəkdə İran-İsrail qarşıdurmasının alovlanmasına səbəb ola bilər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa