Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Pike İspaniya millisindən getdi

Reklam: Sinerji Pro

“Barselona”nın müdafiəçisi Jerar Pike İspaniya millisində karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib.

Pike bu barədə İspaniya millisinin yeni baş məşqçisi Luis Enrikeni də məlumatlandırdığını açıqlayıb: “İspaniya yığmasının yeni məşqçisi Luis Enrike ilə bir müddət əvvəl danışmışam. Ona yığmada karyeramı bitirmək qərarına gəldiyimi bildirdim. Bu, mənim karyeramın ən gözəl mərhələlərindən biri idi. Dünya Çempionatının və Avropa Çempionatının qalibi olmuşam. Lakin indi mən fikirimi “Barselona”da çıxışımda cəmləmək istəyirəm”.

Pike “Barselona” ilə 7 dəfə İspaniya çempionu, 6 dəfə İspaniya kubokunun qalibi, 7 dəfə İspaniya superkubokunun qalibi, 3 dəfə Çempionlar Liqasını qalibi və 2 dəfə UEFA Superkubokunun qalibi olub. İspaniya yığması ilə Pike 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.

www.yenicag.az

7276
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS