Pirallahıda ağacəkmə kompaniyası davam edir
Noyabrın 8-də Pirallahı Rayon İcra Hakimiyyəti və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə Qala-Pirallahı magistal yolu ətrafında ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, magistral yolun hər iki tərəfinə 250 zeytun, 50 leylandra ağacı əkilib. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bu cür aksiyaların məqsədi ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsidir. (azertag.az)