Pirotexniki vasitələr müsadirə edildi

media-hightechnic-468x90

zirpaket (1)Dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən külli miqdarda pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzinin ərazisində müxtəlif şəxslərdən 3 min 550 ədəd, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşları Nofəl Quluzadə, Yasin Şirinov, Asim Hacınəbiyev və Hacıbala Həmzalovun idarə etdikləri avtomobillərdən 446 min 712 ədəd, Balakən Gömrük İdarəsinin “Маzımçay” gömrük postunda isə Azərbaycan vətəndaşı Ramin Zeynalovun idarə etdiyi nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş 7 min 267 ədəd müxtəlif markalı pirotexniki vasitələr götürülüb.

Bütün faktlarla bağlı komitənin istintaq idarəsində təhqiqat aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600