Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı

media-hightechnic-468x90

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi ilə əlaqədar sözügedən avtomobil yolunun Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinin yaxınlığında (Pirşağı dairəsi adlanan ərazi) yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və tıxacların aradan qaldırılması məqsədilə ərazidə təmir-tikinti işləri başa çatana qədər işıqforlar quraşdırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Bununla əlaqədar sürücülərə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600