Pişik nazirlikdə işə düzəldi – Foto

media-hightechnic-468x90

palmerstonBöyük Britaniya Xarici İşlər Nazirliyinin yeni əməkdaşı pişik olub.

Palmerston adlı pişik Londonda Xarici İşlər Nazirliyinin binasında yaşayacaq və siçanları ovlayacaq. Diplomatik xidmətdən verilən məlumata görə, baş siçan ovçusunun saxlanılması vergi ödəyicilərinə təsir etməyəcək.

Qeyd edək ki, Palmerston keçmiş küçə pişiyidir. O, Londonda küçədə tapılıb. Bu zaman o ac, arıq və mikroçipsiz olub. Hesab olunur ki, o, Böyük Britaniyanın keçmiş xarici işlər naziri və Baş naziri lord Palmerstonun şərəfinə adlandırılıb. 2011-ci ildən iqamətgahda siçan ovçusu kimi saxlanılan pişik Larri cəmi 1 siçan tutub. Buna görə də, 2012-ci ildən onun vəzifələrini pişik Freya icra edir. Eyni zamanda Larri də əvvəlki kimi Downing Street-də yaşamağa davam edir.(Aznews)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600