PKK-dan növbəti xain silahlı hücum – 3 ölü, 28 yaralı
Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib
PKK terror təşkilatı Türkiyədə daha bir terror aktı həyata keçirib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib.
Nəticədə 2 təhlükəsizlik əməkdaşı şəhid olub, 24-ü yaralanıb.
Valiliyin açıqlamasında bildirilir ki, PKK-nın xain hücumu yerli vaxtla saat 3.00-da baş verib.
Yaralılar Doğubəyazit Dövlət Xəstəxanasına yerləşdirilib.
Avqustun 2-nə keçən gecə Mardində isə 1 əsgər şəhid olub, 4-ü yaralanıb.
Bir qrup PKK terrorçusu tərəfindən Gəlinkaya bölgəsindən keçən neft borusuna hücum olub. Əraziyə göndərilən təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı mina partlayışı baş verib. Nəticədə bir əsgər şəhid olub.
Ərazidəki PPK-çıların ələ keçirilməsi üçün keçirilən əməliyyat zamanı isə terrorçularla atışmada 4 əsgər yaralanıb.