!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK partizanı olan erməni deputat: “Azərbaycana qarşılıq vermək üçün ən azı 3-5 ilə ehtiyacımız var” - VİDEO

!Reklam – Yazi

PKK terror təşkilatının siyasi qolu olan DEM Partiyasının millət vəkili Qaro Paylan Türkiyənin “TR Haber” kanalında yayımlanan verilişdə qalmaqallı açıqlamalar verib. O, Azərbaycanın suverenliyi ilə bağlı mübahisəli fikirlər səsləndirib və Ermənistanın gələcək strategiyası barədə danışıb.

Paylan çıxışında Ermənistanın keçmişdə Qarabağdan kənarda da bəzi ərazilərə sahib olduğunu, lakin indi bu torpaqları itirdiyini bildirib. O, Azərbaycanın bu torpaqlarla bağlı tələblərini guya Ermənistanın “mövcudluğuna təhdid” kimi qiymətləndirib və buna hazır olmadıqlarını etiraf edib:

“Bir dəfə səsimizi ucaltmaq olar, amma hazırda onlara cavab verəcək qədər güclü deyilik. Azərbaycana qarşılıq vermək üçün ən azı 3-5 ilə ehtiyacımız var”.

Millət vəkili bu müddət ərzində Ermənistanın beynəlxalq dəstək əldə etməli olduğunu da vurğulayıb.

Onun sözlərinə görə, Fransa və ABŞ kimi ölkələr İrəvanın yanında olmalıdır:

“Bu sülhü təmin etmək üçün Fransa və ABŞ kimi güclü dəstəkçilərimiz olmalıdır. Düşünürəm ki, cənab Tramp bu məsələdə öz siyasətini müəyyən etsə, hədəfimizə çatmağımız asanlaşar”.

Paylan çıxışında Ermənistanın iqtisadiyyatını və hərbi qüvvələrini gücləndirəcəyini də bildirib. O, bu prosesin 3-5 il çəkəcəyini qeyd edib və Azərbaycanın məhz bu səbəbdən Ermənistanla saziş imzalamaq istəmədiyini iddia edib.

Rəfi Müslümov

www.yenicag.az

97
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv