!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-ya çağırış - "Bölgədən çıxmayın"

!Reklam – Yazi

PKK/YPG terrorçularına bölgədən çıxma əmri verilib. 

Yenicag.az xəbər verir ki, belə çağırışla PKK liderlərindən biri Cəmil Bayık təlimat verib.

“Şimal-şərqi Suriya xalqı bölgəni tərk etməməli və sona qədər mübarizə aparmalıdır” – deyə, Cəmil Bayık deyib.

Terrorçu qrup yaralı terrorçulardan başqa heç kimin ərazidən çıxarılmadığını da bildirib. Onlar həmçinin əldə edilmiş 120 saatlıq zaman fasiləsini dəyərləndirəcəklərini, hətta bu müddət ərzində Türkiyəyə qarşı propaqanda işləri edəcəklərini də qeyd ediblər.

Qeyd edək ki, 17 noyabr tarixində Türkiyə və ABŞ nümayəndə heyyətləri Suriya ilə bağlı razılaşma əldə edib. Razılaşmaya əsasən, Türkiyə ordusu Şimali Suriyada keçirilən “Barış pınarı” hərəkatına 120 saat müddətində ara verib, qarşılığında isə, ABŞ tərəfi terror qruplarını bölgədən çıxarmaq barədə öhdəlik götürüb.

Həşim Səhrablı 

www.yenicag.az

1467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv