!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Planlanan erməni təxribatlarında MƏQSƏD: “ABŞ, Rusiya, Avropa, yaxud İranın...” - ŞƏRH

!Reklam – Yazi

“Regionda marağı olan güclər biri digərini uzaqlaşdırma prosesində alət kimi bölgədəki mövcud münaqişəli vəziyyətdən istifadə edir”.

Bunu son baş verən erməni təxribatlarının iki ölkə liderlərinin planlanan görüşündən öncə baş verməsinin səbəb və məqsədlərindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Vaşinqtonda Ermənistan-Azərbaycan XİN rəhbərlərinin dörd gün aralıqsız sülh danışıqları prosesindən sonra iki ölkə liderlərinin görüşünün planlandığı bir vaxtda təxribatların törədilməsi gedişatın pozulmasına hesablanıb:

“Təxribatlarda birbaşa olaraq ABŞ-nin, Rusiyanın, Avropanın, yaxud İranın əli var deyə bilmərik. Proseslərin pozulmasında hər bir tərəfin marağı ola bilər. Cənubi Qafqaz regionunda marağı olan adını qeyd etdiyim güclərin hər birinin, digərini uzaqlaşdırmaq istəyinin olduğunu nəzərə almalıyıq. Və uzaqlaşdırma prosesində isə alət kimi bölgədəki mövcud münaqişəli vəziyyətdən istifadə edirlər.
Mövcud vəziyyət münaqişəli tərəflər arasında kövrək atəşkəsin formalaşmasıdır. Bu da nəticə etibarilə tərəflər arasında gərgin vəziyyət yaradır. Təxribatların arxasında qeyd etdiyim güclərin dayanması danılmazdır. Lakin hansının dayandığı sual altındadır, əsas olan məqsədləridir. Məqsəd isə regionda əsas söz sahibinə çevrilmək, münaqişəni uzadaraq vəziyyətdən istifadə etməkdir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv