!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pol Qobl “Yeni Çağ”a danışdı: "Moskva regional hakimiyyət orqanlarını nəzarətdə saxlaya bilmir"

!Reklam – Yazi

AZAL-ın “Embraer 190” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı “Yeni Çağ”ın rus bölməsi üçün ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, amerikalı analitik Pol Qobl açıqlama verib.

Ekspertin fikrincə, Moskva müxtəlif versiyalar irəli sürərək vəziyyəti qarışdırmağa çalışır.

“Qətiyyətlə deyə bilərəm ki, ruslar təyyarəni vurublar. Ola bilsin, Moskva bunu vəziyyəti yoxlamaq üçün edib və ya bunu Çeçenistanda olan agentlərindən biri həyata keçirib. Moskva tam nəzarətə malik deyil və regional hakimiyyət orqanlarını nəzarətdə saxlaya bilməyib”, – deyə Pol Qobl bildirib.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə aviasiya qəzasının səbəblərini araşdırmaq üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, ekspertlər və analitiklər sərnişin təyyarəsinin qəzasına dair müxtəlif versiyalar irəli sürürlər. Lakin hamı, istisnasız olaraq, rəsmi araşdırmanın nəticələrini gözləməyi və emosiyalarla hərəkət etməməyi tövsiyə edir.

Cəmilə Çebotaryova

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv