!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Poliqon” jurnalının 10 illik yubileyi qeyd edildi - FOTO / VİDEO

!Reklam – Yazi

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ölkəmizin ilk hərbi-texnoloji nəşri olan “Poliqon” jurnalının 10 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir “Azeri defence” adı ilə fəaliyyətə başlamış mətbuat orqanının qurucusu, jurnalist Rəşad Süleymanovun xatirəsinə ehtiram nümunəsi kimi də yadda qalıb.

Tədbirə toplaşanlar mərhumu, şəhid jurnalistləri və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarını bir dəqiqəlik sükutla anıblar.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Vətənə, doğma yurda hədsiz bağlılığı ilə seçilmiş və peşəkar fəaliyyətini də müqəddəs amallar uğrunda söz mübarizəsinə sərf etmiş Rəşad Süleymanov qısa ömür yolunda hərbi jurnalistika baxımından kifayət qədər böyük sayıla biləcək işlər görüb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, “Poliqon” jurnalının 10 illiyinin qeyd edilməsi ümumən hərbi jurnalistika barədə söz açmaq üçün yaxşı fürsət verir. Şöbə müdiri çıxışında, həmçinin vurğulayıb ki, “Poliqon” yalnız hərbi texnoloji baxımdan yox, paralel olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılma tribunası kimi diqqət çəkib.

“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov çıxışında rəhbərlik etdiyi nəşrin “Azeri defence” adı ilə 2012-ci ildən başlayaraq keçdiyi yola nəzər salıb. O bildirib ki, ölkəmizin hərbi güc strukturlarının istinad etdiyi jurnallardan birincisi statusuna yiyələnmiş “Poliqon” Türkiyə, Qazaxıstan və Gürcüstanın bazarında da unikal mövqeyə sahibdir.

Sonda çıxış edən Rəşad Süleymovun atası Məhəmməd Süleymanov övladının xatirəsinə göstərilən ehtirama, onun yadigarı olan “Poliqon” jurnalının 10 illiyinin keçirilməsinə həssas yanaşdıqlarına görə toplantı iştirakçılarına və nəşrin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Hərbi jurnalist, “AZERI DEFENCE” jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov 2020-ci ildə koronavirusdan vəfat edib.

O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv