Polis əməliyyat keçirdi: Narkokuryerlər saxlanılıb

media-hightechnic-468x90

Oğuzda saxlanılan narkokuryerlərdə 13 kq marixuana aşkarlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05