Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 217.2.; 32.3; 29.1; 120.2.1; 29; 120.2.5; 29.122.2.11; 29.122.2.14; 120.2.5; 120.2.7; 120.2.11; 228.3 və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Rəhim Talıb oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Gəncə şəhər sakini Xəlilov Orxan Rəhim oğlu və bacısı oğlu Qazax rayon sakini Yusifov Elşən Ələddin oğlunun gətirdikləri sovqata və üzərilərinə baxış keçirilib.
Baxış zamanə E.Yusifovun əynində olan gödəkcə və şalvarın ciblərinin iç hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,165 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az