Polis mayoru qəza törətdi

media-hightechnic-468x90

img1595060 (1)Füzuli rayonunda yol qəzası baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.

Füzuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90 AT 677 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi “Opel ” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Opel” markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600