Polis Naxçıvanda əməliyyat keçirdi - Saxlanılanlar var

media-hightechnic-468x90

Naxçıvanda polis əməkdaşları tərəfindən muxtar respublika ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-dən Yenicag.az-a bildirilib ki, növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər. Onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotiklərin qeyri-qanuni yollarla ölkə ərazisinə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600