Polis özünü güllələdi-Azərbaycanda

media-hightechnic-468x90

downloadrtrtAğsu rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin Neyman adlı əməkdaşı özünü güllələyib.

media-banner_tuq

Bu haqda məlumatı Ağsu rayon sakinləri bildirib.

Qətl hadisəsinin digər şəxslər tərəfindən törədildiyi də istisna edilmir.
Belə ki, o, bir müddət öncə qalmaqallı “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətində (“Qala-BTX”) çalışıb.

Ehtimal edilir ki, o da bir çox işçilər kimi bu xidmətdə problemlə üzləşib.

Hazırda rayon polisi qətlin hansı səbəbdən törədildiyini araşdırır.

Qeyd edək ki, “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadıb, onlardan müxtəlif məbləğlərdə pul alıb. Ancaq zərər çəkənlər 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarının bir qismini alsalar da istəklərinə sonadək nail ola bilməyiblər. Hər iki şirkətin Bakı da daxil olmaqla, Salyan,Tərtər, Biləsuvar, Qax və digər rayonlarda 40-dan artıq regional idarəsi fəaliyyət göstərib. Şöbələrdə təxminən 250 nəfər əvvəlcədən min manatla 5 min manat arası depozit qoymaqla mühafizəçi kimi işə qəbul olunub. Nəticədə 100-lərlə vətəndaş aldadılıb.

Şirkətlərin 5 əməkdaşı Vüqar Hüseynov, Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayev barəsində həbs qəti imkan tədbiri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05