Polis silah-sursat aşkarladı
DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yenicag.az xəbər verir ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança tapılıb.
Bununla yanaşı 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir












